SON XƏBƏRLƏR

İran Hindistandan istədiyini aldı?

2021.10.20, 07:36
İran Hindistandan istədiyini aldı?

Gunaz.tv

GünAz TV: İranla Hindistan arasında olan neftin pulunun ödənilməsi qalmaqalı deyəsən, çözülməkdədər.

 

«DNİ.ru»-məlumatına əsasən, neftin tədarükünə görə, Hindistan avqusutun birində borcunun bir hissəsini ödəyib.

 

İran neft şirkətinin başçısı Əhməd Qalebani deyib : «Gərgin keçən danışıqlar nəticəsində tərəflər borcun hissə-hissə, qısa müddətə  ödənilməsi razılığına gəlib. Borcu birhissəsi silinəcək».O, əmin edib ki, İran Hindistana neft ixracını davam etdirəcək.

 

Bir müddət öncə, belə bir xəbər yayılmış dı ki,  Hindistan tədarük etdiyi xam neftin pulunu ödməyəcəyi halda İslam Respublikası (Cümhuriyyəti) bu ölkəyə «qara qızıl» verilməsini dayandıracaq.

 

Bu haqda İranın Neft Şirkəti Hindistanın ən iri «Mangalore Refinery and Petrochemicals Ltd  Essar Oil» neft şirkətinə mümkün sanksiya (təhrim) tətbiqi ilə bağlı göndərdiyi məktubda bildirmişdi ki, borcun ödənilməsinin sonuncu müddəti 2011-ci ilin avqustdur.

 

 Çindən sonra İrandan ən çox neft alan ölkə Hindistandır. İslam Respublikasının «qara qızıl» ixarcatının 20 faizi bu ölkənin payına düşür. Bu isə Hindistan ın neftə olan ehtiyacının 12 faizini ödəyir. Bütövlükdə isə Hindistan neftə olan tələbatının 80 faizini idxal edir. Ötən il İran bu ölkəyə 12 milyard dollarlıq neft ixrac edib. Hindsitan isə İslam Respublikasına 2 milyard dollarlıq neftin pulunu borcludur.

 

Dehli Tehrana aldığı nefti ölkəsinin rəsmi valyutası (pul, ərz, döviz), rupi ilə ödəməyi təklif edirdi. İranı isə  bu təklifi qəbul etməyib.

 

Nəzərə almaq lazımdır ki, Çin, Cənubi Koreya öz növbəsində İranla milli pulları ilə alver edir, bunun qaşılığında İslam Respublikası həmin dövlətlərdən avtomobil, texnika və başqa avadanlıq alır.

 

 Atom –nüvə proqramı ilə bağlı İrana tətbiq olunan sanksiyalar bu problemin yaranmasına səbəb olub. Tehran hakimiyyəti neftin əvvəliki qiymətlə ödənilməsindən imtina edib. Hazırda hindistanlılar İran neftinin kreditlə alır.

 

Bundan başqa Tehran hakimiyyəti Hindistan kimi alıcını da itirməkdən ehtiyatlanır. İran rejiminin bununla bağlı alternativi olmasa da Hindistanın var. Səudiyyə Ərəbistanı artıq onlara yeni təkliflə çıxıb. Səudilər Hindistana gündəlik neft tədarükünü 2,6 milyon barrelədək artırmağa hazır olduqlarını bildirib.

 

Qeyd edək ki, ötən il iki ölkə arasında oxşar məsələyə dair böhran yaranmışdı. Onda Hindistan İran neftinin qızıla almaq niyyətində idi.  Hindistan Mərkəzi Bankı İrandan idxal olunan neft üçün pul köçürməyəcəyi haqda xəbərlər də yayılmışdı.

 

Halbuki atom-nüvə proqramı ilə bağlı Tehran hakmimiyyətinə tətbiq edilən BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) sanksiyasında İrandan xam neftinin alınmasına yasaq yoxdur.

 

Bankın məsələyə dair bəyanatında bildirilmişdi ki, İrandan idxal olunan neftin pulu klerinq (dövlətlər arasında nəğd pulsuz haqq-hesab) birliyindən, o cümlədən Hindistan,Banqladeş, Maldiv, İran, Birma, Butan, Nepal və Şri-Lankın mərkəzi banklarından kənar ödənilməlidir.

 

Hindistan 2009—2010-cu illər arası gündə İrandan 426 min barrel (boşka) neft idxal edib. Bu idxalatın həcminin azalacağı da gözlənilir. Çünki Hindistanın İslam Respublikasından neft alan aparıcı şirkəti- «Reliance Industry» şirkəti İranla bu yöndə olan müqaviləni uzatmayıb.

 

Cari ilin martında Hindistanın maliyyə naziri Namo Narain Mina parlamentin məsələ ilə bağlı sorğusunu belə cavablandırmışdı :«Hazırda cari və gələcək ödəmələrlə bağlı uyğun mexanizm axtarılması istiqamətində yollar aranır».

 

Bir neçə ay öncə Mina bəyan etmişdi ki, İrandan neft alınmasına dair hesablaşmaq üçün uzunmüddətli qərar qəbul edilib.

 

Hindistan Amerikanın bölgədəki müttəfiqlərindən sayılır. Bundan başqa Tehran hakimiyyəti hindistanlı iş adamlarının şirnikləndirirdi də. Məsələn , Hindistanın «Mangalore Refinery& PetroChemicals» neft emalı şirkətinin direktoru U.K.Basu bildirmişdi ki, cari il fevralın birinci həftəsində  bankla bağlı yaranmış  problemin həlli gözlənilir. İslam Respublikasının bu müştərisi İrandan neft alan ən iri Hindistan şirkətlərindəndir.Onlar sutkada (gün, 24 saat) 150 min barrel neft alır. Ancaq həmin vaxtdan 4 aya yaxın ötməsinə baxmayaraq, problem çözülməyib.

 

Şirkətlə bağlanmış mövcud müqavilə  2010-cu ilin aprelindən 2011-ci ilin martına qədər olan dövrü əhatə edirdi.

 

«Hidustan Petroleum» direktorlar şurasının sədri Roy Çuxuduri ehtimal edərək bildirmişdi ki, onlar üçün İrandan neft idxalında problem olmayacaq : «Fikrimcə, tezliklə mövcud problem həll ediləcək. Onusuz da biz İran neftinin pulunu 90 günlük möhlətlə ödəyirik».

 

Beləliklə, neftlə bağlı  biri-birinə ehtiyacı olan Hindistanla İran müvəqqəti də olsa borcun ödənilməsi problemni həll etdi. Ancaq iki ölkə arasında enerji daşayıcılarına əməkdaşlığı  de-folt olmaqdan qurtulumuş ABŞ (Amerika Birləşmiş Ştatları) necə qarşılyacaq? Çünki Ağ ev bu sahədə islam Respublikası ilə əməkdaşlığı yasaqlayıb. Buna səbəb neft sahəsindən gələn gəliri Tehran hakimiyyətinin  atom-nüvə proqramına, başqa bu sayaq layihələrə xərcləməsidir. Hindistanın İranla neft sahəsində əməkdaşlığının gələcəyi də elə aydın görünmür.Bunu borcun bir hissəsini Tehranın bağışlamasından da ehtimal etmək olar. Nəzərə almaq lazımdır ki,  Hindistan- ABŞ münasibəti müttəfiqlik səviyyəsindədir.  Odur ki, təbii bir sual yaranır-«İran Hindistandan istədiyin aldımı?»

Sədrəddin Soltan

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar