SON XƏBƏRLƏR

Amerikadan İsrailə tarixinin ən böyük silah yardımı

2021.10.20, 07:36
Amerikadan İsrailə tarixinin ən böyük silah yardımı

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) İsrailə tarixinin ən böyük yardımını etməyə hazırlaşır. 680 milyon dollarlıq yardım qərarı Konqresin Alt Komitəsindən keçib.

 Nümayəndələr Palatasının Silahlı Xidmətlər üzrə Alt Komitəsi İsrailin alacağı qısa mənzilli müdafiə raketləri üçün 680 milyon dollarlıq yardım qərarını təsdiqləyib.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Keçən həftə iki respublikaçı (cümhuriyyətçi) konqresmen tərəfindən hazırlanan layihə İsrailin "Dəmir qübbə" dediyi qısa və orta mənzilli raket hücumlarına qarşı yaratdığı raket müdafiə sistemini əhatə edir. Bu çərçivədə ediləcək yardımla müdafiə məqsədli qısa mənzilli raket alınması planlaşdırılır.

 Alt komitədə qəbul edilən layihənin həyata keçməsi üçün əvvəlcə Nümayəndələr Palatasının, sonra isə prezident Barak Obamanın razılığı lazımdır. Qərar təsdiqlənərsə, bu, ABŞ-ın indiyə qədər etdiyi ən böyük silah yardımı olacaq. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar