SON XƏBƏRLƏR

Tutuqlanan “Traxtur” tərəfdarlarından ikisinin kimliyi müəyyənləşib

2021.10.20, 07:36
Tutuqlanan “Traxtur” tərəfdarlarından ikisinin kimliyi müəyyənləşib

Gunaz.tv

GünAz TV: Dünən “Traxtur-Perspolis” müsabiqəsi zamanı tutuqlanan soydaşlarımızdan ikisinin kimliyi bəlli olub.

 

Məlumata görə, Sulduzlu “Traxtur” tərəfdarı, Təbrizin Serac universitetinin öyrəncisi 26 yaşlı Həmid Şərifi stadiona (stadyom) daxil olarkən bir neçə nəfər Sulduzlu soydaşlarımızla birlikdə yaxalanıb.

 

Meşkinşəhrli (Xiyav) soydaşımız, Urmu universitetinin öyrəncisi Rza Çraği isə stadiondan çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Məlumata görə, Çrağı yaxalanarkən məmurlar tərəfindən döyülüb.

 

Qeyd edək ki, yaxalanan bütün soydaşlarımız naməlum istiqamətə aparılıblar. Hələlik onların saxlanıldığı yer və yaxalanma səbəbi ilə bağlı heç bir məlumat yoxdur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar