SON XƏBƏRLƏR

Suriyada silahlı toqquşmalar səngimir

2021.10.20, 07:36
Suriyada silahlı toqquşmalar səngimir

Gunaz.tv

GünAz TV: Suriyada BMT (Birləşmiş Millətlər Təşkilatı)  müşahidəçilərinin tərk etdiyi yerlərdə yenidən əməliyyatlar başlayıb.

 Suriya İnqilab Şurasının üzvü Ebu Ubeydə Anadolu Agentliyinə verdiyi açıqlamada Kofi Annanın atəşkəs planının monitorinqini (nəzarətini) aparmaq üçün Dumaya gələn müşahidəçilərin tankların kölgəsində araşdırmalar apardığı, müşahidəçilərin səmtdə bir çox hadisəyə şahid olduğunu və rejimin bundan narahat olduğunu bildirib.

 Ubeydə müşahidəçilərin şəhərdə böyük bir yürüşlə qarşılandığını deyib: "Müşahidəçilər ağır silahların çəkilmədiyini öz gözləriylə gördülər. Onların ətrafına kimsə toplanmasın deyə təhlükəsizlik qüvvələri yürüşə  müdaxilə etdi. Müdaxilə nəticəsində çox sayda nümayişçi yaralandı".

 Müxalifət təmsilçisi BMT müşahidəçilərinin bir çox şəhərlərdə araşdırmalar apardıqlarını, rejimin hələ ağır silahlarını şəhər mərkəzlərindən çəkmədiyini və əməliyyatları davam etdirdiyini söyləyib. O qeyd edib ki, müşahidəçilər monitorinq apardıqları səmtlərdən çəkildikdən sonra təhlükəsizlik qüvvələri yenidən əməliyyatlara başlayıb və kimsəyə mərhəmət göstərmədən tanklarla terror əsdirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar