SON XƏBƏRLƏR

İran sərhədlərini möhkəmləndirir

2021.10.20, 07:36
İran sərhədlərini möhkəmləndirir

Gunaz.tv

GünAz TV: İran sərhədlərinin möhkəmləndirilməsinə 80 milyon dollardan çox sərmayə yatıracaq.

Bu il İranın sərhədlərini möhkəmləndirmək üçün 100 milyard tümən vəsait (büdcə) sərf olunacaq. Bunu İranın hüquq-mühafizə qüvvələrinin komandanı (fərmandehi), general İsmayıl Əhmədi Müqəddəm deyib. Bu barədə Trend MEHR agentliyinə istinadən xəbər yayıb.

Müqəddəm bu gün Qəsrşirin sərhədçiləri ilə görüşündə bildirib ki, ölkənin sərhədləri qorunur və düşmənlərin baş verə biləcək təhlükəsinə layiqli cavab veriləcək.

Onun sözlərinə görə, cari ildə sərhədlərin möhkəmlənməsi üçün ayrılmış vəsaitin istifadəsi ilə ölkə sərhədlərində yük və yanacaq qaçaqmalçılığının qarşısı alınacaq. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar