SON XƏBƏRLƏR

İran rejimi mümkün embaqrolara (təhrimlərə) hazırlaşır

2021.10.20, 07:36
İran rejimi mümkün embaqrolara (təhrimlərə) hazırlaşır

Gunaz.tv

GünAz TV: İran hökuməti 10 əsas ərzaq məhsulunun toplanması üçün göstəriş verib.  

Dövlət qurumlarına və özəl sektora (bəxş-i xüsusi) başda ət, süd və düyü olmaqla 10 əsas ərzaq məhsulunun ehtiyat fondunun  yaradılması tapşırılıb.

Buna İranın embaqrolar (təhrimlər) səbəbilə qarşılaşdığı çətinliklərin səbəb olduğu bildirilir. İranın xüsusilə bəzi Avropa ölkələrinə neft satışını dayandırmasından sonra nəğd pul ödəmə çətinliyi çəkdiyi bildirilir.

Başqa bir səbəb isə nüvə müzakirələrində istənilən nəticə əldə edilməyəcəyi təqdirdə ölkəyə tətbiq ediləcək ərzaq embarqosudur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar