SON XƏBƏRLƏR

Rəsmi Paris Suriyaya hərbi müdaxilənin mümkünlüyünü bəyan edib

2021.10.20, 07:36
Rəsmi Paris Suriyaya hərbi müdaxilənin mümkünlüyünü bəyan edib

Gunaz.tv

GünAz TV: Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan isə rəsmi Dəməşqə kəskin xəbərdarlıq ünvanlayıb.

Qətərin «Əl Cəzirə» telekanalına müsahibə verən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Rəsmi Dəməşqə kəskin xəbərdarlıq edib.

Ərdoğan bildirib ki, əgər Suriya ordusu Türkiyə sərhədini pozarsa, Ankara bu problemin həlli üçün NATO-ya müraciət edəcək: «Türkiyə NATO-nun üzvüdür. Alyansa (ittifaq, birlik) üzv olan ölkənin sərhədlərinin pozulması kömək üçün NATO-ya müraciət etmək hüququ verir». Baş nazir onu da qeyd edib ki, Türkiyə həmişə Suriya müxalifətini dəstəkləyəcək və bu ölkədən olan bütün qaçqınları qəbul edəcək. R.T. Ərdoğan deyib ki, Əsəd rejimi bu qədər cinayətlərdən sonra artıq hakimiyyətdə qala bilməz. R.T. Ərdoğan həmçinin Suriyada baş verənlərin qonşu ölkə kimi onları narahat etdiyini, Türkiyəyə qaçan suriyalı sayının 25 mindən çox olduğunu deyib.

Bu arada Fransa rəsmi surətdə Suriyaya hərbi müdaxilənin mümkünlüyünü etiraf edib. Fransanın xarici işlər naziri Alen Jüppe BMT (Birləşmiş Millətlər Təşkilatı) nizamnaməsinin 7-ci maddəsinin Suriya ilə bağlı vəziyyətdə tətbiq oluna biləcəyini bəyan edib. Sözügedən maddədə söhbət Təhlükəsizlik Şurasının sanksiyası (təhrim)  ilə hərbi müdaxilədən gedir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar