SON XƏBƏRLƏR

Tutuqlu fəalların durumu qeyri-müəyyən olaraq qalır

2021.10.20, 07:36
Tutuqlu fəalların durumu qeyri-müəyyən olaraq qalır

Gunaz.tv

GünAz TV: 2012-ci il fevralın 21-də (1390-cı il isfəndin 2-də) tutuqlanan milli-mədəni fəalların durumunda qeyri-müəyyənlik davam edir.

 

Təhlükəsizlik qüvvələri Səhənd şəhərində Vəhid Həbib Çeşmə və Salar (Mikail) Turinin evinə hücum edərək, onları yaxalayıb və Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) təcridxanasına aparıblar. Onlar 20 gün işgəncələr altında saxlanıldıqdan sonra Təbriz zindanına köçürülüblər.

 

Hazırda onların dosyesi Təbrizdə müstəntiq Haşimzadənin əlindədir. Haşimzadə saxlanılan şəxslərin mülki vəsiqə qarşılığında azadlığa buraxılması tələbini rədd edib.

 

Qeyd edək ki, Adını çəkdiyimiz azərbaycanlı fəalların tutuqlandığı gündən 70 gün keçib, Lakin hələdə onlar mühakimə edilməyib və qeyri müəyyən vəziyyətdə saxlanılırlar.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar