SON XƏBƏRLƏR

İran parlamentinin komissiya sədri NATO radarının Türkiyədə yerləşdirilməsini tənqid edib

2021.10.20, 07:36
İran parlamentinin komissiya sədri NATO radarının Türkiyədə yerləşdirilməsini tənqid edib

Gunaz.tv

İran parlamentinin komissiya sədri NATO radarının Türkiyədə yerləşdirilməsini tənqid edib

GünazTV: İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Bürucerdi Türkiyənin bu ölkədəki səfiri Ümid Yardımla görüşüb. 

iranlı deputat türkiyəli diplomata bir daha ölkəsinin narazılığını çatdırıb və NATO-nun raket əleyhinə müdafiə sisteminin bir elementinin Türkiyənin Malatya vilayətində yerləşdirilməsini tənqid edib: “İki ölkə arasındakı qardaşlıq münasibətini zədələyəcək rəftardan qaçmaq lazımdır”.

Ə. Bürucerdi İranla Türkiyə arasında siyasi, iqtisadi və mədəni sahələrdə mövcud olan əlaqələrin daha da gücləndirilməsinin və dərinləşdirilməsinin vacib olduğunu da vurğulayıb: “Bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi bölgə ölkələrinin əməkdaşlığına bağlıdır”. S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar