SON XƏBƏRLƏR

PJAK silahlıları 4 əsgəri öldürdü

2021.10.20, 07:36
PJAK silahlıları 4 əsgəri öldürdü

Gunaz.tv

PJAK silahlıları 4 əsgəri öldürdüGünazTV: İranda təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatının qolu olan PJAK silahlıları arasında döyüş baş verib.İSNA agentliyinin  verdiyi məlumata görə, Pave rayonunun Nudşeh bölgəsində baş verən döyüşdə 4 İran əsgəri həyatını itirib. İSNA agentliyi PJAK silahlılarının da itki verdiyini qeyd edib, ancaq ölən silahlıların sayı açıqlanmayıb. Xatırladaq ki, İran İslam İnqilabını Mühafizə Korpusunun əməliyyatlarından sonra keçən ilin sentyabrında PJAK İrana qarşı hücumları dayandırmağa qərar vermişdi və həmin tarixdən sonra İranda PJAK silahlılarının hücumuna rast gəlinməmişdi.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar