SON XƏBƏRLƏR

Hər iki namzəd ermənilərə söz verdi

2021.10.20, 07:36
Hər iki namzəd ermənilərə söz verdi

Gunaz.tv

GünAz TV: Türkiyə Xarici İşlər Nazirliyi namizədlərin bəyanatına dərhal cavab verib.

Prezident seçkiləri ərəfəsində sadəcə namizəd olaraq deyil, prezident kimi də bu mərasimə qatıldığını bildirən Sarkozi yenidən dövlət başçısı seçiləcəyi halda konstitusiya (anayasa)  məhkəməsi tərəfindən rədd edilən qanun layihəsini parlamentdə qaldıracağına vəd verib. "Konstitusiya məhkəməsinin rədd qərarına dövlət başçısı olaraq əməl etmək məcburiyyətindəyəm. Ancaq verilən qərarı inanclarımın önünə keçirmirəm. Bir ölkənin böyüklüyü iqtisadi inkişafı, nüfuzu ilə deyil, keçmişinə baxmaq cəsarəti ilə müəyyənləşir. 1915-ci il hadisələrini erməni soyqırımı kimi qəbul etməyənlərə cəza verilməsinin nəzərdə tutan qanun layihəsini iyun ayında yenidən gündəmə gətirəcəyəm."

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Fransua Olland da 15 dəqiqəlik çıxışında 1915-ci il hadisələri ilə bağlı erməni iddialarını dəstəkləyərək, Türkiyənin bu iddiaları qəbul etməsinin vacibliyini vurğulayıb. "Prezident seçilən kimi 1915-ci il hadisələrini erməni soyqırımı kimi qəbul etməyənlərə cəza verilməsinin nəzərdə tutan qanun layihəsini qaldıracam.  Hazırlanacaq yeni qanunun hüquqi baxımdan uğursuzluğa uğramaması üçün böyük səy göstərəcəm."

Fransa siyasətçilərinin bu açıqlamasına Türkiyə Xarici İşlər Nazirliyindən dərhal cavab gəlib. Yazılı açıqlamada deyilir ki, bu münaqişəli məsələlərin siyasi mənafelər üçün alət kimi istifadəsinin yeni bir nümunəsidir. “Tarixin müxtəlif yollarla siyasiləşdirilməsi yanlışdır və bu cür səthi, dekonstruktiv (qeyri sazəndə) addımlar ədalətsizliklə yanaşı, həm də tarixin səhv işıqlandırılmasıdır. Fransanın nüfuzlu siyasətçilərindən Türkiyənin gözlədiyi isə nifrəti alovlandırmaq deyil, tarixi əsaslarla dövlət xadimi məsuliyyətini anlayaraq türklərlə ermənilərin ədalətli araşdırmalarına dəstək xarakterli (mahiyyətli) ismarıclar verilməsidir. Mübahisə tərəfləri arasındakı bu məsələ ilə bağlı kənardan süni təkidlər vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Bu cür açıqlamalar ümumilikdə bölgədə sülhün və sabitliyin təminatı təşəbbüslərinə  kölgə salır”.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar