SON XƏBƏRLƏR

Bakı ilə Vaşinqton arasında uçuşlar başladı

2021.10.20, 07:36
Bakı ilə Vaşinqton arasında uçuşlar başladı

Gunaz.tv

GünAz TV: Bu gün ilk dəfə olaraq Bakı-Vaşinqton marşrutu (məsiri) ilə birbaşa kommersiya (ticari)  aviareysi (pərvaz) yerinə yetirilib.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərlinin SİA-ya verdiyi məlumata görə, bu gün saat 11:30-da AZAL-a məxsus "Boeing-767" tipli avialayner Heydər Əliyev Beynəlxalq Aeroportundan Vaşinqton istiqamətində havaya qalxıb və artıq 10 saatdan sonra təyyarə Vaşinqtonun Dalles adına hava limanında enəcək.

"Azərbaycanın mülki aviasiya (havacılıq) tarixində ilk dəfə yerinə yetirilən Bakı-Vaşinqton aviareysi Azərbaycan Dövlət Neft Şirkətinin sifarişi əsasında həyata keçirilir. Belə ki, 38 nəfər azərbaycanlı iş adamları sözügedən aviareyslə Vaşinqtona yola düşüb", deyə mətbuat xidmətinin rəhbəri bildirib

M.Səfərli onu da vurğulayıb ki, əks istiqamətdə, yəni Vaşinqton-Bakı aviareysi aprelin 29-da yerinə yetiriləcək və həmin gün saat 07:30-da təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək.

Qeyd edək ki, AZAL "Boeing-767" tipli avialayneri 2011-ci ilin iyunun 2-də alıb. Bu tipli avialaynerin daha birini AZAL bu il ərzində alacaq. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar