SON XƏBƏRLƏR

Hillari Klinton: “Annanın sülh planı iflasa hazırlaşır”

2021.10.20, 07:36
Hillari Klinton: “Annanın sülh planı iflasa hazırlaşır”

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) dövlət katibi Hillari Klinton ABŞ-ın BMT (Birləşmiş Millətlər Təşkilatı) və Ərəb Birliyinin Suriya üzrə nümayəndəsi Koffi Annanın Suriyada atəşkəsin əldə olunması ilə bağlı planının uğursuz olması ehtimallarına hazırlaşdığını deyib.

 

GünAz TV mətbuat mərkəzinin “Publika.Az”a istinadən yaydığı məlumata görə, Suriyada BMT nümayəndələrinə fəaliyyətlərində maneəçilik törədildiyini və qırğınların davam etdiyini deyən Klinton ABŞ və müttəfiqlərinin Annan planına sadiq qaldıqlarını və planın uğur qazanmasını istədiklərini, ancaq Suriya prezidenti Bəşər Əsədin də razılaşmaya əməl edəcəyinə olan inamın olmadığını söyləyib.

 

Dövlət katibi planın uğursuz olma ehtimalına da hazırlaşdıqlarını, belə bir vəziyyətdə Suriya rejimini cəzalandırmaq və təcrid etməklə bağlı əlavə addımlar atacaqlarını vurğulayıb. N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar