SON XƏBƏRLƏR

Rəsmi Ankara Obamanın bəyanatına etiraz edib

2021.10.20, 07:36
Rəsmi Ankara Obamanın bəyanatına etiraz edib

Gunaz.tv

GünAz TV: Türkiyə xarici işlər nazirliyi ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obamanın aprelin 24-də Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı çıxışı zamanı “mets yeqern” (böyük qırğın) erməni ifadəsindən istifadəsini qəbulolunmaz hesab edir.

 

Türkiyə XİN-in bəyanatında deyilir: “Biz, tarixi hadisələri əks etdirməyən bu bəyanatı təkzib edir və deyilənlərlə bağlı təəssüf ifadə edirik. Belə bəyanatlar Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına da xidmət etmir. Türkiyənin mühüm müttəfiqi olan ABŞ belə bəyanatlarla Türkiyə-Amerika münasibətlərinin üzərinə kölgə salmamalı, həm də erməni tərəfini bu məsələdə konstruktivlik (yararlı) və daha real, barışdırıcı mövqeyə səsləməlidir” – deyə, bəyanatda qeyd olunur.

 

Bəyanatda həmçinin qeyd olunur ki, Birinci Dünya müharibəsi təkcə ermənilər deyil, türklərə də əzablar gətirib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar