SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Məhsa Mehdili barəsində məhkəmə qərarı çıxarılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Məhsa Mehdili barəsində məhkəmə qərarı çıxarılıb

Gunaz.tv

GünAz TV: Urmu şəhərinin İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı fəal xanım Məhsa Mehdili (Mehdizadə) barəsində hökm çıxarıb.

 

Məlumata görə, xanım Mehdili 1 il həbsə məhkum edilib. Lakin həbs qərarının icrası 3 il müddətinə asılı (təliq) qalacaq.

 

Adını çəkdiyimiz azərbaycanlı fəal Türkiyədə yaşayan azərbaycanlıların konqresindəki çıxışı, yazıb və yaydığı məqalələr və İrandakı işgəncələr barədə məlumat yaymasına görə sistemin əleyhinə təbliğdə günahlandırılıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar