SON XƏBƏRLƏR

İran İsveçrəyə ABŞ-dan şikayət edib

2021.10.20, 07:36
İran İsveçrəyə ABŞ-dan şikayət edib

Gunaz.tv

İran İsveçrəyə ABŞ-dan şikayət edibGünazTV: İran hakimiyyəti ilə ərəb dövlətləri arasında yeni ciddi münaqişənin yaranacağı ehtimalı artır.  Məlumata görə: ABŞ Dövlət Departamentinin təmsilçisi Mark Tonerin Əbu Musa ilə bağlı çıxışından sonra İsveçrənin Tehrandakı səfiri Liviy Aqost İslam Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. İsveçrənin səfirliyi İranda həm də ABŞ-ın maraqlarını müdafiə edir. Avropalı səfirə nazirliyin Şimali Amerika üzrə idarəsində bildiriblər ki, Əbu Musa adası İslam Respublikasının ayrılmaz ərazisidir. Qurum təmsilçisi bildirib ki, prezident Əhmədinejad adada ölkə üzrə işgüzar səfəri çərçivəsində olub. İranlı məmur ABŞ rəsmisinin çıxışını «İranın daxili işinə müdaxilə» kimi dəyərləndirərək, rəsmi Vaşinqtondan məsələyə dair açıqlama tələb edib. İsveçrə səfiri Tehranın mövqeyini ABŞ rəhbərliyinə çatdıracağını və nəticəni İrana bildirəcəyinə söz verib.Qeyd edək ki, ABŞ Dövlət Departamenti mətbuat katibinin müavini Mark Toner ölkəsinin Birləşmiş Ərəb Əmirliyi ilə İran arasında üç ada (Əbu Musa, Böyk Tonb, Kiçik Tonb) ilə bağlı məsələni dinc yolla həllini təqdir etdiyini deyib. O, Əhmədinejadın Əbu Musaya səfərini kəskin tənqid edib.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar