SON XƏBƏRLƏR

İsrailin xarici işlər naziri şayiələri təkzib etdi

2021.10.20, 07:36
İsrailin xarici işlər naziri şayiələri təkzib etdi

Gunaz.tv

GünAz TV: Azərbaycanda səfərdə olan İsrail xarici işlər naziri Aviqdor Liberman İsrailin İranı vurmaq üçün bu ölkədə aviabazaya (payqah-i həvayi) çıxış əldə etməsinə dair məlumatları təkzib edib və bunu «James Bond hekayəsi» adlandırıb. 

«Belə məlumatlar sadəcə fantastikadır (təxəyyoli dastan)və həqiqətə uyğun deyil», o, Bakıda jurnalistlərə belə deyib.

 Keçən ay ABŞ-ın (Amerika Birləşmiş Ştatları) «Foreign Policy» jurnalı İsrailin İrana hücumunu asanlaşdırmaq üçün Azərbaycanda hava limanından (frudqah) istifadə edəcəyini iddia edən bir məqalə dərc edib. Jurnal amerikalı diplomata istinad edirdi.

 Liberman Azərbaycan prezidenti ilə görüşündən sonra açıqlayıb ki, «Bu məlumatı yayanların çox zəngin fantaziyası var».

 Onun sözlərinə görə, İlham Əliyevlə İran məsələsini də müzakirə edib, amma detalları (təfərrüatı) mediaya açıqlamayıb.

 Prezidentlə görüşə getməzdən əvvəl Liberman İsrail radiosuna müsahibəsində deyib ki, bəzi jurnalistlər James Bond filmlərinə həddən çox baxıblar və tez-tez «reallıqla həmin hekayə arasında əlaqə görürlər».

O, Azərbaycanla İsrailin münasibətlərinin daha yaxşı ola biləcəyini də əlavə edib. Azadliq radiosu

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar