SON XƏBƏRLƏR

Ermənilərin “Yalan” günündə Türk bayrağı yandırıldı

2021.10.20, 07:36
Ermənilərin “Yalan” günündə Türk bayrağı yandırıldı

Gunaz.tv

GünAz TV: İşğalçı ölkə Ermənistanın paytaxtında qondarma “soyqırım” abidəsinə yürüş başlayıb.

Yürüş İrəvanın mərkəzindəki Azadlıq meydanından başlayıb. Yürüş iştirakçılarının əllərində Ermənistan bayraqları, Türkiyəni “soyqırımı”nı tanımağa çağıran şüarlar və məşəllər olub.

Yürüş başlamazdan əvvəl bir qrup gənc Türkiyənin dövlət bayrağını yandırıb.

Qeyd edək ki, 24 aprellə bağlı tarixi həqiqətlər ermənilərin deyil, türklərin soyqırıma məruz qaldığını ortaya qoyur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar