SON XƏBƏRLƏR

Litva (Litvani) Seyminin üzvləri Xocalı soyqırımı ilə əlaqədar Avropa Parlamentinə müraciət ediblər

2021.10.20, 07:36
Litva (Litvani) Seyminin üzvləri Xocalı soyqırımı ilə əlaqədar Avropa Parlamentinə müraciət ediblər

Gunaz.tv

GünAz TV: Seym (parlament) üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə inandıqlarını bildiriblər.

Litva (Litvani) Seyminin 21 üzvü Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Avropa Parlamentinə müraciət edib. Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, müraciəti imzalayanlar faciə ilə bağlı Azərbaycan xalqının üzüntüləri ilə həmrəy olduqlarını, Yuqoslaviya dövlətinin ərazisində müharibə cinayətləri törətmiş şəxslərin əməllərinin siyasi və hüquqi baxımdan dəyərləndirilməsindən fərqli olaraq Xocalı faciəsinin təqsirkarlarının indiyə qədər cəzalandırılmamasından təəssüfləndiklərini ifadə ediblər. Seym üzvləri faciəyə Avropa Parlamenti tərəfindən siyasi qiymət veriləcəyinə, bu qanlı faciənin Avropa tarixi hafizəsinin tərkib hissəsi kimi qəbul ediləcəyinə inandıqlarını qeyd ediblər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar