SON XƏBƏRLƏR

Natiq Miri: “Artıq dünyada ermənilərin formalaşdırdıqları “yazıq”,”məzlum” simaları yırtılmaq üzrədir”- Müsahibə

2021.10.20, 07:36
Natiq Miri: “Artıq dünyada ermənilərin formalaşdırdıqları “yazıq”,”məzlum” simaları yırtılmaq üzrədir”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin sədri, politoloq (siyasətçi) Natiq Miridir.

-Natiq bəy, Kolumbiya senatı Xocalı hadisəsini soyqırım kimi tanıyıb. Bu davamlı ola bilərmi?

- Bu, Amerika qitəsində baş verən ikinci belə siyasi hadisədir. İlk olaraq Meksika Xocalını qətliam kimi dəyərləndirdi. Arxasınca Kolumbiyanın bu qətliama siyasi qiymət verməsi nəinki Azərbaycana, bütün türk dünyası adına müsbət hadisədir.

Bunun davamı ola bilər və bu, Azərbaycanla Türkiyənin birgə beynəlxalq fəaliyyətindən asılı olacaq. Çünki heç bir dövlət öz-özlüyündə bu cür hadisələrə öz yanından siyasi qiymət vermir. Bunun olması üçün onların maraqları təmin olunmalıdır ki, bu cür qərarlar ortaya çıxsın. Bu gün Qərb əxlaqı bunu gərəkdirir. Hər şey maraqlara bağlıdır.

 

-Ümumiyyətlə, dünya ictimaiyyəti nə üçün Xocalı soyqırımına biganədir? 

- Dünyada bu cür qətliamların sayı çoxdur. Müxtəlif güc və mənafelər baxımından bunlar öz layiqli qiymətini almırlar. Dünyada bir ədalət problemi yaşanır və bütün fitnə-fəsadların səbəbini də məhz burada axtarmaq lazımdır. Dünya bu gün bir Osmanlı ədalətinə möhtacdır. Türkiyənin məhz bu boşluğu dolduraraq ortaya ciddi surətdə çıxması da İlahi zərurətdən irəli gəlir.

Bu gün dünya güclünün və pullunun yanındadır. Hələlik dünyada bu oyun qaydası keçərlidir. Ona görə də dünyada bu qeyri-leqal(qeyri-qanuni, qeyri-məşru) dəyərlər dəyişənə və ədalət bərpa olunanadək bizdə bu oyun qaydaları ilə oynamaq məcburiyyətindəyik.

- Əgər, dünyada Xocalı hadisəsinin soyqırım aktı kimi tanınması prosesi sürətlənsə, bu ermənistan nə ilə nəticələnə bilər?

Soyqırım ermənilər üçün milyardlar istehsal edən bir ideoloji sənayedir. Bu ideyanı istismar etməklə həm dövlət qurublar, həm də bütün dünyada fəaliyyət göstərə bilmələri üçün böyük pullar qazanıblar. Yüz ildir ki, əzilən, məzlum xalq obrazı (vəchə, sima) yaratmaqla siyasi niyyətlərini həyata keçirirlər. Ancaq indi bəzi gerçəklər ortaya çıxmaqla erməniləri çox pis vəziyyətə salıb. Məlum olub ki, soyqırıma uğradığını iddia edən bu "məzlum" xalq özləri digər xalqları amansızcasına qətl ediblər. Yəni artıq maskaları yırtılıb və "əzilən xalq" notu üzərində oynamaq çətinləşib. Və getdikcə onlara ayrılan maliyyələr də azalır. Ermənistan artıq dünyada dilənə bilmir. Çünki artıq pul verən yoxdur. Hətta xaricdəki erməni diasporası belə bu məsələyə pul ayrılmasını minimuma endirib. Biz aktiv olduqca erməni mifi (osturə) beynəlxalq ictimai rəydə əriyəcək.

Söhbətləşdi: Elnur Eltürk

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar