SON XƏBƏRLƏR

Səid Mətin Pur Adına “Özgürlük Simgəsi” Kitabcığı Yayınlandı.

2021.10.20, 07:36
Səid Mətin Pur Adına “Özgürlük Simgəsi” Kitabcığı Yayınlandı.

Gunaz.tv

Səid Mətin Pur Adına “Özgürlük Simgəsi” Kitabcığı Yayınlandı.Azərbaycan Öyrənci Günü münasibəti ilə və Azərbaycan’ın yorulmaz öyrətmən və öyrəncisi Sayın Səid Mətin Pur’un taysiz əməklərinə sayğı olaraq Azərbaycan Milli Dirəniş Təşkilatı “Özgürlük Simgəsi” adlı bir kitabcıq yayınladı.Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan siyasi məhbuslarının millətimizin və gənclərimizin müqavimət və mücadilə simgələri olduğuna inanaraq bu özgürlük savaşçılarına minnət duymaqda və onları əzizləməkdədir. Hazırdaki 36 səhifəlik kitabcıq, AMDT’dən bir giriş yazısı ilə yanaşı, Azərbaycan Milli Hərəkəti fəallarının qələmi ilə yazılıb Səid Mətin Pur’a ithaf edilən bir neçə yazını içərməkdədir. AMDT Nəşr Komitəsi tərəfindən hazırlanan kitabcıq Milli Dirəniş Hücrələri tərəfindən Güney Azərbaycan şəhərlərində xalqımızın və öyrəncilərimizin arasında dağıdılmaqdadır.Şübhəsiz gənclərimiz və milli hərəkət fəallarımızın bu kitabcığın dağıdılmasındaki yardımları Azərbaycan Türk Milləti’nin milli inanc və dirənişi yolunda çox dəyərli bir addım olacaqdır.Kitabcığın elektronik file’ı aşağıdaki linkdən endiriləbilər.

 

http://diranish.net/?act=content&act2=body&cat=3&n_id=260 http://www.diranish.net/news_pdf/AMDT_PDF_kpruuxdc7scrxjjvsz2xawedh4SEID_METINPUR.pdf23.04.2012

 

 

 

 

D.O

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar