SON XƏBƏRLƏR

İraq Türkiyəyə nota verdi

2021.10.20, 07:36
İraq Türkiyəyə nota verdi

Gunaz.tv

İraq Türkiyəyə nota verdi

GünazTV: Hürriyet” qəzetinə istinadən alınan məlumata görə, bu gün Türkiyənin Bağdaddakı səfiri Yunus Dəmirər İraq Xarici İşlər Nazirliyinə çağırılıb.

İraq Xarici İşlər Nazirliyinin müşaviri Labid Abbavi Yunus Dəmirərə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın İraqın daxili işlərinə qarışan açıqlamalar verməsindən narahatlıq keçirdiklərini bildirib. İraq Xarici İşlər Nazirliyinin yaydığı məlumatda İraqın Türkiyədən sərt şəkildə narazı qaldığı vurğulanır. Bu arada Türkiyənin NTV telekanalı sabah İraq parlamentinin sədri Usamə Nuceyfinin İstanbula gələcəyi barədə məlumat yayıb. Usame Nuceyfinin səfərinin iki ölkə arasında gərginləşən münasibətlərlə bağlı olub-olmadığı açıqlanmır. Qeyd edək ki, iki ölkə arasında münasibətlər İraq baş naziri Nuri əl-Malikinin Türkiyəni düşmən dövlət kimi xarakterizə etməsi ilə başlayıb. Rəcəb Tayyib Ərdoğan isə Nuri əl-Malikiyə daha çox şou göstərməyə imkan verməmək üçün cavab verməyəcəyini bəyan edib.

Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin və Nuri əl-Maliki hökumətinin həbs etməyə çalışdığı İraqın vitse-prezidenti Tarık El Haşiminin Türkiyəyə səfərləri də İraq hakimiyyətini ciddi narahat edib.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar