SON XƏBƏRLƏR

Sipah: Heç bir düşmənin 3 adaya soxulmasına imkan verməyəcək

2021.10.20, 07:36
Sipah: Heç bir düşmənin 3 adaya soxulmasına imkan verməyəcək

Gunaz.tv

Sipah: Heç bir düşmənin 3 adaya soxulmasına imkan verməyəcəkGünazTV:Admiral Əli Fədəvi:  Sipah” heç bir düşmənə ölkə ərazisinə daxil olan 3 adaya, hətta onun hüdudlarına soxulmasına imkan verməyəcək”.  

O bildirib ki, düşmən hər hansı bir təcavüz edəcəyi təqdirdə kəskin cavabla üzləşəcək: “İranın hərbi dəniz donanması heç bir düşmənə ölkəmizin ərazisinə təcavüz etməyə imkan verməyəcək. İran dövləti bütün adalarına, o cümlədən də Əbu Musaya böyük diqqət göstərir. Ora abadlaşdırılır, turizmin inkişafı üçün işlər görülür”. Ə. Fədəvi Birləşmiş Ərəb Əmirliklərinin Əbu Musa ilə bağlı iddialarını rədd edərək bildirib ki, bu adalar İran ərazisinin ayrılmaz parçalarıdır: “ABŞ islam ölkələri arasında qarşıdurma yaratmaqla öz hegemonluğunu nümayiş etdirmək istəyir. Ona görə də bölgə xalqları bu dövlətin fitnələrinə aldanmamalıdırlar”.

S.B 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar