SON XƏBƏRLƏR

Suriyada müxalifətin qalası sayılan Hums şəhərində 322 silahlı təslim olub.

2021.10.20, 07:36
Suriyada müxalifətin qalası sayılan Hums şəhərində 322 silahlı təslim olub.

Gunaz.tv

Suriyada müxalifətin qalası sayılan Hums şəhərində 322 silahlı təslim olub 

GünazTV: Müxaliflər silahlarını təhvil verib, bir daha hökumətə qarşı savaşmayacaqlarına and içiblər. Təslim olan silahlıların hamısı azadlığa buraxılıb.

“Əl-Cəzirə” telekanalı isə Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələrinin bazar günü Dəməşq ətrafındakı qəsəbələri atəşə tutduğu barədə məlumat yayıb. Bu, BMT Təhlükəsizlik Şurasının Suriyada müşahidəçilərin sayını 30 nəfərdən 300 nəfərə çatdırılması barədə qərar qəbul etdiyi günün ertəsi olub.

BMT və Ərəb Dövlətləri Liqasının xüsusi təmsilçisi Kofi Annan Suriyada vəziyyətin stabilləşməsi işində çevriliş anı yarandığını bəyan edib. Kofi Annan deyib ki, hakimiyyət ilk növbədə ağır silahlardan istifadə etməkdən yayınmalı, ağır silahları yaşayış qəsəbələrindən çıxarmaq barədə öhdəliyə əməl etməlidir. 

Bu gün isə Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri Lüksemburqa toplaşaraq, Suriyaya qarşı yeni sanksiyaların qəbul edilməsini müzakirəyə çıxaracaqlar. Avropa Birliyi Bəşər Əsədin istefa verməsini tələb etməkdədir.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar