SON XƏBƏRLƏR

Sudanda müharibə qızışır, yüzlərlə hərbçi ölüb

2021.10.20, 07:36
Sudanda müharibə qızışır, yüzlərlə hərbçi ölüb

Gunaz.tv

GünAz TV: Sudan və Cənubi Sudan arasında müharibə genişmiqyaslı xarakter almaqdadır.

Tərəflər arasında mübahisəyə səbəb olmuş Heqliq şəhərində gedən döyüşlərdə 400-dək Cənubi Sudan hərbçisi həlak olub.

GünAz TV mətbuat mərkəzinin «Amerikanın səsi» radiosuna istinadən yaydığı məlumata görə, Vəziyyətin gərginləşməsindən narahat olan ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama tərəflərə müraciət edərək onları müharibənin dayandırılması üçün əllərindən gələni etməyə çağırıb.

Xatırladaq ki, 2009-cu ildə Haaqa (Lahə) Beynəlxalq Məhkəməsi neft yataqları ilə zəngin Heqliq şəhərinin Sudanın şimalına aid olduğuna dair qərar çıxarıb. Ötən il müstəqilliyini elan etmiş Cənubi Sudan isə şəhərin ona aid olduğunu bildirir. Bununla bağlı yaranmış mübahisə Sudan prezidenti Ömər Bəşirin aprelin 18-də cənuba qarşı rəsmən müharibə elan etməsinə səbəb olub.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar