SON XƏBƏRLƏR

Nikola Sarkozi ikinci oldu

2021.10.20, 07:36
Nikola Sarkozi ikinci oldu

Gunaz.tv

GünAz TV: Fransada keçirilən prezident seçkilərinin birinci turunun nəticələrinə əsasən sosialist namizəd Fransua Olland 28,63 faiz səslə 27,8 faiz səs toplamış rəqibi hazırki prezident Nikola Sarkozini geridə qoyub.

Məlumatı Fransa Daxili İşlər Nazirliyi verib. Nazirliyin yaydığı məlumata görə səsvermə zamanı heç bir hadisə baş verməyib. Sekçkilərdə səsvermə hüququ olan insanların 80 faizi iştirak edib ki, bu da ölkə tarixində ən yaxşı göstərici hesab olunur. Solferino meydanında Olland tərəfdarları qələbələrini bayram edirlər.

Seçkilərdə namizəd olan milli cəbhə lideri Marin Le Pen 18,01 faiz səs toplayıb. Bu partiyanın belə səs toplaması partiya üçün tarixi rekorddur. Digər namizədlər Jan Lük Melanşon 11,13 faiz, demokratik hərəkat lideri Fransua Bayru 9,11 faiz səs toplayıb. Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu mayın 6-da keçiriləcək. Bu dəfə mübarizə Ollandla Sarkozi arasında gedəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar