SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Cəbrailinin məhkəmə iclasının vaxtı müəyyənləşib

2021.10.20, 07:36
Azərbaycanlı fəal Cəbrailinin məhkəmə iclasının vaxtı müəyyənləşib

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal, şair və yazıçı Ramin (Yaşar) Cəbrailinin məhkəmə iclasının vaxtı müəyyənləşib.

 

Məlumata görə, Cəbraili 2011-ci il dekabrın 25-də (1390-ci il deyin 4-də) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən öz ata evində tutuqlanıb və bir həftədən sonra azad edilmişdir. O, 2012-ci il aprelin 23-ü ( 1391-ci il ordibeheştin 4-ü) Təbrizin inqilab məhkəməsində mühakimə olunacaq.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal tutuqlanarkən pantürkizmə aid şüarlar səsləndirmək və sistemin əleyhinə təbliğdə günahlandırılıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar