SON XƏBƏRLƏR

İraq hökumətinin başçısı Tehrandadır

2021.10.20, 07:36
İraq hökumətinin başçısı Tehrandadır

Gunaz.tv

İraq hökumətinin başçısı Tehrandadır

GünazTV: İraqda vəziyyət son zamanlar daha da ağırlaşmaqdadır. Baş verənlərdən belə görünür ki, hökumət başçısı daha çox Tehran hakimiyyətinin məsləhətləri ilə oturub-durur. Onu belə xarakterizə edənlər də var: «Maliki Səddam Hüseyndən betər olub».Ölkənin Şimalındakı kürd hökuməti isə bölgədə müstəqil dövlətlərini elan etmək niyyətindədir. Bundan başqa, təriqətlərarası ziddiyyət yaratmağa çalışan qüvvələr də ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirən amillərdən biridir.Belə bir şəraitdə İraqın baş naziri Nuri əl-Maliki İslam Respublikasına səfər edib.Məlumatlara görə, iraqlı qonaq İran paytaxtında iki gün olacaq. Onu Tehranda İslam Respublikasının energetika nazirinin müavini Namcu qarşılayıb.Maliki iki günlük səfər çərçivəsində İran prezidenti Mahmud Əhmədinejad, parlament sədri Əli Laricani, ali təhlükəsizlik şurasının katibi Səid Cəlili və dövlətin başqa rəsmiləri ilə görüşlər keçirir.Xatırladaq ki, mayın 23-də İranın atom-nüvə problemi ilə bağlı müzakirələrin növbəti mərhələsinin Bağdadda keçirilməsi planlaşdırılıb. Bu baxımdan, baş nazirin səfərinə diqqət az deyil.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar