SON XƏBƏRLƏR

Azərbaycanda islamçı Türkiyə təriqətləri narahatlıq doğurur

2021.10.20, 07:36
Azərbaycanda islamçı Türkiyə təriqətləri narahatlıq doğurur

Gunaz.tv

Azərbaycanda islamçı Türkiyə təriqətləri narahatlıq doğurur

GünazTV: Vaşinqtonda mənzillənən Carnegie Qlobal Araşdırmalar Mərkəzinin əməkdaşı Bayram Balcı : “Qafqazda siyasi dəyişiklər, sosial- iqtisadi problemlər və regional təhdidlər fonunda son illər bölgə İslamçı Türk təriqətləri üçün cəlbedici məkana çevrilib”

 “Xüsusilə Azərbaycanda Türkiyə iki istiqamətdə dini təbliğat siyasəti həyata keçirir – rəsmi və qeyri-rəsmi yollarla” - təhlilçi George Washington Universitetinin Avrasiya və Avropa Ararşıdmaları İnstitutunda çıxış edərkən deyib.Rəsmi siyasətə onun təbirincə, Türk dövlətinin dini qanadı olan Diyanət İdarəsi başçılıq edir.

“Bu qurum, Azərbaycan başda olmaqla, Qafqaz və Mərkəzi Asiyanın əksər ölkələrində Türkiyə səfirliklərində attaşe qismində təmsil olunur”.“Diyanət”in fəaliyyət dairəsinə Türk Məsçidi ilə yanaşı, ölkələrarası tarixi dini bağların üzə çıxarılaraq bərpası, təşviqat və Sünni İslamı maarifləndirmək kimi məsələlər daxildir.

Qeyri-rəsmi dini təsiri isə cənab Balçıya görə, Türkiyədə mənzillənən İslamçı hərəkatlar, xüsusən Nakşbandi Sufi və Said Nursinin adlarına bağlı təriqətlər icra edirlər.“Onlar getdikləri ölkədə mümkün qədər geniş qüvvələr toplayır, təşkilatlanır və möhkəmlənirlər”, araşdırmaçı deyib.

Nurçular

“Nurçular” adı altında tanınan hərəkatın Azərbaycana gəlişi hələ 1990-cı illərin əvvəllərinə - müstəqilliyin ilk dövrünə təsadüf edir. O vaxtlar, Türk biznesinin yenicə müstəqilləşmiş ölkəyə axını Fətullah Gülən tərəfdarlarının da Azərbaycanda iqtisadi cəhətdən möhkəmlənməsinə yol açdı.

Lakin sonralar, Balçıya görə, “biznesdən toplanan vəsaitlər Nurçu hərəkatının nəzarəti altında ölkədə türk litseyləri və digər təhsil mərkəzlərinin açılmasına” yönəldildi.

Bu gün Azərbaycanda Nurçuların nəzarətində olan 10 türk litseyi və bir Universitet mövcuddur. Onlar yerli dövlət məktəblərindən fərqli olaraq, keyfiyyətli və rüşvətsiz təhsil təklif edirlər.

Litseyin məzunları asanlıqla universitetlərə daxil olur, sonradan hökumət və qeyri-dövlət sektorunda iş tapmaq bacarığına yiyələnirlər”, deyib təhlilçi.Onun müşahidələrinə görə, xüsusilə İslamın sünni qanadını təmsil edən azərilər arasında Türkiyədən idarə olunan dini təriqətlər geniş nüfuza malikdir.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar