SON XƏBƏRLƏR

İraq baş naziri: «Türkiyə regionun bütün ölkələri üçün düşmənə çevrilir»

2021.10.20, 07:36
İraq baş naziri: «Türkiyə regionun bütün ölkələri üçün düşmənə çevrilir»

Gunaz.tv

İraq baş naziri: «Türkiyə regionun bütün ölkələri üçün düşmənə çevrilir»GünazTV: İraq baş naziri Nuri əl-Maliki belə bir bəyanatla çıxış edib:Türkiyənin bölgədə hegemonluq etmək cəhdləri və qonşu ölkələrin işlərinə qarışmaq arzusu bu ölkəni regionun bütün ölkələri üçün düşmənə çevirəcək.«Bu cür daxili və regional siyasəti davam etdirmək Türkiyənin maraqlarına zərbə vuracaq və onu hamı üçün düşmən dövlətə çevirəcək...

Öz son bəyanatı ilə baş nazir Tayyib Ərdoğan yenidən İraqın daxili işlərinə qarışmağa başlayır və əvvəlki kimi bölgədə hegemonluq etmək xəyalı ilə yaşadığını sübut edir», deyə bəyanatda bildirilir.

Frans Press agentliyinin məlumatına görə, aprelin 19-da İstanbulda İraq kürdlərinin liderlərindən biri olan Məsud Bərzani ilə görüş zamanı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Əl-Maliki hökumətini sünnilərə qarşı diskriminasiyada günahlandırıb. S.B       

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar