SON XƏBƏRLƏR

Azərbaycan BMT-yə Ermənistan təhlükəsi barədə çağırış etdi

2021.10.20, 07:36
Azərbaycan BMT-yə Ermənistan təhlükəsi barədə çağırış etdi

Gunaz.tv

GünazTV: Aqşin Mehdiyev :“Azərbaycan beynəlxalq ictimaiyyətin artan nüvə təhlükələri və riskləri ilə bağlı narahatlığını bölüşür.Azerbaycan müstəqilliyinin ilk günlərindən nüvə təhlükəsizliyinin təmin edilməsinə böyük əhəmiyyət verir .

A.Mehdiyev bildirib ki, coğrafi yerləşməsini nəzərə alaraqAzerbaycan öz ərazisindən qanunsuz nüvə materiallarının daşınmasının qarşısının alınmasına ciddi diqqət yetirir: “Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq və beynəlxalq standartlara əsaslanaraq Azərbaycan ixrac nəzarətlə bağlı mükəmməl hüquqi baza formalaşdırıb.

Lakin, təəssüflər olsun ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davamlı işğalı dövlət sərhədinin əhəmiyyətli məsafəsi üzrə nəzarəti mümkünsüz edir. Bu baxımdan, Ermənistan ərazisində vaxtı ötmüş “Metsamor” Atom Elektrik Stansiyasının mövcudluğu ciddi narahatlıq yaradır. Bu stansiyanın reaktoru köhnə, Sovet İttifaqı və Şərqi Avropada altı sovet reaktorundan ən etibarsızı hesab edilərək bütün bölgəyə təhlükə yaradır. Bundan əlavə, yüksək seysmik zonada yerləşən “Metsamor”un yerli ərazidə reaktorunu soyudacaq kifayət qədər su ehtiyatları da mövcud deyil. Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq, “Metsamor” AES-in fəaliyyətini gələcəkdə hər hansı faciəvi qəzadan qorunmaq üçün dərhal dayandırmağa çağırır”

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar