SON XƏBƏRLƏR

Suriyaya 300 nəfər beynəlxalq müşahidəçi göndəriləcək, atəşkəs pozuntusu isə davam edir

2021.10.20, 07:36
Suriyaya 300 nəfər beynəlxalq müşahidəçi göndəriləcək, atəşkəs pozuntusu isə davam edir

Gunaz.tv

GünAz TV: BMT TŞ (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası) Suriya üzrə yeni qətnamə layihəsini razılaşdırıb.

BMT Təhlükəsizlik Şurası bir neçə saatlıq müzakirədən sonra Suriyadakı beynəlxalq müşahidəçilərin sayını 30-dan 300-dək artırmağı nəzərdə tutan qətnamənin mətnini razılaşdırıb. Qətnamə Rusiyanın təqdim etdiyi layihə əsasında hazırlanıb. Müşahidəçilər Suriyada 3 aya qədər qalaraq Kofi Annan planının yerinə yetirilməsinə nəzarət edəcəklər.

Suriya Milli Şurası ötən gün cümə namazından sonra hökumət əleyhinə çıxanlara qarşı həyata keçirilən əməliyyatlarda 50-ə yaxın insanın öldüyünü açıqlayıb. Suriya polisi paytaxt Dəməşqdə və onun ətraf rayonlarında (məntəqələrində) icazəsiz nümayiş keçirənləri dağıdıb. Hələb şəhərində də asayiş keşikçiləri iğtişaşların qarşısını almaq üçün silahdan istifadə edib. Xomsda isə yaraqlılarla hökumət qüvvələri arasında atışma davam edir. İdlib şəhərindən də ölüm xəbərləri gəlib. Bu arada Suriyada hökumətə qarşı mübarizə aparan 250-ə yaxın silahlı ötən gün Dəməşqdən 200 km şimalda yerləşən Hama şəhərində hökumət qüvvələrinə təslim olublar. Xatırladaq ki, aprelin 12-dən etibarən Suriyada hökumət və müxalif qüvvələr arasında atəşkəs qüvvədədir. Atəşkəs BMT təmsilçisi Kofi Annanın Suriya böhranının həllinə dair planına uyğun olaraq həyata keçirilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar