Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədən suriyalını saxlayıb
Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xətti bir aydan az müddətə istifadəyə veriləcək
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
İrana zərbələrin bərpası ilə bağlı tezliklə qərar veriləcək- Tramp
Üç şəhərdə 9 məhbus edam edildi
İran nümayəndə heyəti ABŞ-dan qovulub
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
BƏƏ BMT-də: Bizim üç ərəb adamız İranın işğalı altındadır (Video)
İran lüks avtomobillərin idxalını dayandırdı
Rusiyanın Ukraynaya yeni hücumlarında azı üç nəfər ölüb
Azərbaycanın Baş Qərargah rəisi Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb
Rusiya NATO-nu nüvə silahı ilə hədələdi
ASELSAN Naxçıvanda zavod açacaq
Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb
İranda yaşlı əhalinin artımı ümumi əhali artımından dörd dəfədən çoxdur
Hörmüz boğazında üç gəmiyə hücum edilib
ABŞ-in təklifləri İrana çatıb- Mühacirani
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Ərdəbildə tarixi körpü baxımsız qalıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
BAYKAR şirkətinin Azərbaycanda hazırlanan KASIRGA PUA-sı ilk dəfə görüntüləndi
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
GünAz TV: Bərzani ilə Türkiyə rəsmiləri arasında keçirilən görüşlər zamanı İraqın şimalında Kürdüstan dövlətinin qurulması məsələsinin müzakirə olunduğu istisna edilmir.
İraqın şimalındakı kürd administrasiyasının (yönətim) rəhbəri Məsud Bərzaninin Türkiyəyə səfəri zamanı bir çox məsələlər, o cümlədən hər iki tərəf üçün başağrısına çevrilən PKK terror təşkilatının fəaliyyəti müzakirə edildi.
Kürd liderinin Türkiyə rəsmiləri ilə keçirdiyi görüşlərin, demək olar ki, bir çoxu və İraqın sabiq vitse-prezidenti (president müavini) Tariq əl-Haşimi ilə görüşü bağlı qapılar arxasında keçdi.
Ankara səfərinin ikinci günü isə, Bərzani Türkiyə Prezidenti Abdullah Gül ilə görüşündən sonra yeni olmayan, lakin bu dəfə daha ciddi mahiyyət kəsb edən açıqlamalar verdi.
Bərzani PKK terror təşkilatının İraqın şimalındakı kürd administrasiyasında hökm etməyə imkan verməyəcəyini bildirdi. Bütün bunlarla yanaşı, Bərzani onu da qeyd etdi ki, PKK probleminin həlli silahla mümkün deyil, daha səmərəli variantlardan (seçənək) istifadə olunmalıdır və bundan sonra o, terror təşkilatına hər cür təzyiq göstərəcək.
Təbii ki, Bərzaninin PKK əleyhinə bəyanatları özünü kürdlərin müdafiəçisi kimi göstərməyə çalışan terror təşkilatının tez bir zamanda silahlı mübarizədən əl çəkəcəyi anlamına gəlmir. Lakin regionda (bölgədə), xüsusən də son illərdə baş verən siyasi dəyişiklikləri izlədikdə görmək olar ki, artıq PKK-nın silahlı mübarizəsi İraqın şimalındakı kürd administrasiyasının maraqları daxilində deyil. Çünki PKK terror təşkilatının bundan sonrakı silahlı müqaviməti Bərzani hökumətinin sayəsində İraqın şimalında əldə edilmiş stabilliyin pozulması ilə nəticələnə bilər. Bu isə İraqda qismən də olsa müstəqil olan administrasiyanın gələcəyini ciddi təhlükə altına ata bilər.
Bərzani ilə Türkiyə rəsmiləri arasında keçirilən görüşlər zamanı İraqın şimalında Kürdüstan dövlətinin qurulması məsələsinin müzakirə olunduğu istisna edilmir.
Bundan əvvəl Bərzani regionda tez bir zamanda müstəqil Kürdüstan dövlətinin qurulacağını da bəyan etmişdi.
Hətta bir çox siyasi analitiklər (təhlilçilər) Kürdüstan dövlətinin yaradılmasının Ankaranın da maraqlarına zidd olmadığını bildirirlər. Lakin şübhəsiz ki, bunun müqabilində Ankaranın da kürd administrasiyasından müəyyən tələbləri var.
Bu tələblərdən biri PKK-nın məhvi üçün birgə fəaliyyətdir. Əslində, Ankara rəsmiləri də bu tələbin bir o qədər effektiv (təsirli) olmayacağını bilir və bu səbəbdən Kürdüstana "yaşıl işıq" müqabilində daha ciddi tələb irəli sürürlər.
Ehtimallar isə bu tələbin kürd administrasiyasının nefti ilə bağlı olduğunu və Bərzani ilə Türkiyə rəsmiləri arasındakı görüş zamanı bu məsələnin müzakirə edildiyini söyləməyə əsas verir.
Hətta bəzi Türkiyə kütləvi informasiya vasitələri diplomatik mənbələrə istinadən Ankaranın Kürdüstanın "müstəqilliyi"ni tanımağı müqabilində administrasiya ərazisində çıxan neftin 50 faizini 50 il müddətində tələb etdiyini bildiriblər. Bərzaninin isə Ankaranın bu təklifini qəbul etmədiyi bildirilir.
Əslində, kürd rəsmisinin bu təklifi qəbul etməməsində təəccüblü bir şey yoxdur. Çünki yeni elan ediləcək bir dövlətin iqtisadi gücə sahib olması vacibdir və regionda Suriya kimi daha əlverişli alternativ (dünya bazarlarına çıxış) olduğu halda, administrasiyanın öz sərvətini Türkiyə ilə paylaşması inandırıcı deyil.
Ehtimallar isə onu söyləməyə əsas verir ki, İraqın şimalındakı kürd administrasiyası gələcək təhlükəsizliyi üçün Ankara ilə əməkdaşlıq etsə də, neft məsələsində Ankaraya belə ciddi güzəştə getməyəcək.
Əslində, kürd administrasiyasının öz müstəqilliyini bu vaxta qədər elan etməməsi nə Ankara, nə də Bağdaddan ehtiyatlandığı ilə izah olunmamalıdır.
Kürd administrasiyasının gözlədiyi Suriya böhranının bitməsidir. Suriyada hakimiyyətin dəyişməsi isə körfəzdə ərəb dövlətlərinin maraqlarına uyğun olmaqla yanaşı, kürd administrasiyasının da maraqlarına xidmət edir.
Böyük ehtimal ki, Suriyada hakimiyyətin dəyişməsi ilə ölkənin şimalında kompakt yaşayan kürdlər Suriya daxilində muxtariyyət ya da müstəqillik almaq üçün səy göstərəcəklər.
Hətta Türkiyə müxalifətinin lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da son açıqlamasında bildirib ki, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) istədiyi kimi Suriyaya hərbi müdaxilə olacağı təqdirdə, ölkədəki kürd bölgəsi suverenlik əldə edəcək.
Təbii ki, bu fakt nə Ankaranın, nə də İraqın kürd administrasiyasının diqqətindən qaça bilməz.
Məhz bu səbəbdən də İraqdakı kürd administrasiyası hələ ki gözləmə mövqeyini seçəcək.
Rufiz Hafizoğlu, Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri
N.S
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Fidanla Əraqçı görüşüb
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib