SON XƏBƏRLƏR

Bu gün BMT-də Suriya ilə bağlı yeni qətnamə layihəsi üzrə səsvermə keçiriləcək

2021.10.20, 07:36
Bu gün BMT-də Suriya ilə bağlı yeni qətnamə layihəsi üzrə səsvermə keçiriləcək

Gunaz.tv

GünAz TV: Rusiya və Avropa Birliyinin təkliflərindən ibarət sənəddə müşahidəçilərin sayının artırılması nəzərdə tutulur.

BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurası uzun sürən müzakirələrdən sonra Suriyada beynəlxalq müşahidəçilərin sayının 30-dan 300-dək artırılmasını nəzərdə tutan yeni qətnamə layihəsi ilə bağlı razılığa gəlib. Layihə həm Rusiyanın, həm də Avropa Birliyinin təkliflərindən ibarətdir. Sənədə əsasən müşahidəçi qrupu Suriya təhlükəsizlik qüvvələrinin mühafizəsi altında bu ölkənin ərazisində azı 3 ay qalacaq. Sənəddə həmçinin BMT və Ərəb Ölkələri Liqasının (Birliyinin) Suriya üzrə xüsusi nümayndəsi Kofi Ənanın 6 bənddən ibarət sülh planının dərhal icrası, müxalifət və hökumətdən isə zorakılığa dərhal son qoymaq tələb olunur.

Rusiya Suriyaya müşahidəçilərin dərhal göndərilməsini təklif edir. Böyük Britaniya, Fransa və Almaniya isə Suriya təhlükəsizlik qüvvələri yaşayış məntəqələrindən tam geri çəkilənədək gözləməyin tərəfdarıdır. Avropa Birliyinin irəli sürdüyü qətnamə layihəsində həmçinin Suriya rejimi Kofi Ənanın sülh planını yerinə yetirə bilməyəcəyi halda, Dəməşqə qarşı qeyri-hərbi sanksiyaların (təhrimlərin) tətbiqi təklif olunur. Rusiyanın təkliflərində isə bu yoxdur. Qətnamə layihəsi üzrə səsvermə bu gün keçiriləcək.

Bu arada, Çin də BMT-nin monitorinq (nəzarət) missiyasına qoşulmaq üçün müşahidəçi göndərəcəyini bəyan edib. Hazırda Suriya ərazisində olan 7 müşahidəçiyə bazar ertəsi daha 2 nəfərin qoşulacağı gözlənilir. Gələn həftə ərzində isə müşahidəçilərin sayının 30-dək artırılması nəzərdə tutulur. Kofi Ənanın mətbuat katibi Əhməd Fəvzinin verdiyi məlumata görə, ölkədə olan müşahidəçilər son aylar iğtişaşların mərkəzinə çevrilmiş Homs şəhərinə hələ baş çəkməyiblər. Suriyada vəziyyətin yaxşı olmadığını vurğulayan Əhməd Fəvzi atəşkəs rejiminin də pozulduğunu, hər gün itkilərlə bağlı məlumatların daxil olduğunu deyib. Reuters xəbər agentliyinin məlumatına görə, ötən gün ərzində Suriyada azı 23 nəfər ölüb. Onlardan çoxunun isə Homs sakinləri olduğu bildirilir.

BMT-nin açıqlamasına görə, Suriyada 13 aydır davam edən münaqişə qurbanlarının sayı 9 mindən çoxdur. QayNar

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar