SON XƏBƏRLƏR

Fransada Qondarma erməni soyqırımı dərsliyə salındı

2021.10.20, 07:36
Fransada Qondarma erməni soyqırımı dərsliyə salındı

Gunaz.tv

GünAz TV: Karikatura ilə ifadə olunan iddianın altında şagirdlərə, “Bu rəsmdən nə başa düşürsünüz?” sualı verilib.

 

Fransanda türklərin ermənilərə qarşı “soyqırımı” törətdiyini iddia edən karikatura orta məktəbdə dərs kitabına salınıb. Hadisə Franş Konte bölgəsindəki Monbelyar şəhərində “Colege Anatole France” adlı orta məktəbdə baş verib. Coğrafiya və tarix dərsliklərində çap edilmiş karikaturanın altında, “Bu rəsmdən nə başa düşürsünüz və bu karikaturaya görə Türkiyə niyə Avropa Birliyinə üzv ola bilməz?” – yazılıb.

 

Türk əslli şagirdlərin vəziyyəti evdə danışması ilə valideynləri bu barədə Fransadakı türk dərnəkləri konfederasiyası şurasına şikayət edib. COJEP İnternational dərnəyi rəsmiləri isə məsələ barədə Təhsil nazirliyinə şikayət edəcəklərini, bu karikaturanın dərsliklərdən çıxarılması üçün səy göstərəcəklərini bildiriblər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar