SON XƏBƏRLƏR

Yeni şüar: “Urmu Gölü duzlanır – Simnan xəzərdən sulanır”

2021.10.20, 07:36
Yeni şüar: “Urmu Gölü duzlanır – Simnan xəzərdən sulanır”

Gunaz.tv

GünAz TV: Yaxın gələcəkdə təmami  ilə qurumaq təhlükəsi altında olan Urmu Gölü İran rejiminin zərbəsi altındadır.

 

Gölə axan çayların üstündə səddlərin çəkilməsi Gölün qurumasında xüsusi rol oynayır. Azərbaycanlıların bütün etirazlarına baxmayaraq, İran rejimi heç bir əməli tədbir almır. Son günlərdə fars hakimiyyəti Urmu Gölü faciəsini görməzdən gələrək Xəzər dənizindən Siman bölgəsinə su daşımaq qərarına gəlib. Məhz bu səbəbdən azərbaycanlı fəallar Urmu Gölü uğrunda daha ciddi mübarizə almaq qərarına gəliblər.

 

Bu zəmində Güney Azərbaycan müstəqil fəalları tərəfindən yeni şüar düşünülüb və “Traxtur” futbol takımı (tim) tərəfdarlarına təklif olunub ki, gələcək müsabiqələrdə bu şüardan istifadə etsinlər.

 

“Urmu Gölü duzlanır – Simnan xəzərdən sulanır” şüarı fars hakimiyyətinin ayriseçkilik siyasətini əks etdirir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar