SON XƏBƏRLƏR

“Traxtur” takımı “Rah ahən”lə qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” takımı “Rah ahən”lə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol takımı (timi) növbəti müsabiqəyə hazırlaşır.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 31-ci həftəsində keçiriləcək müsabiqədə “Traxtur” Tehranın “Rah ahən” takımı ilə qarşılaşacaq.

 

Müsabiqə 2012-ci il aprelin 22-i (1391-ci il ordibeheştin 3-ü) Təbriz vaxtı ilə saat 17:00-da Təhranın Təxti stadionunda (stayom) başlayacaq.

 

Qeyd edək ki, “Traxtur”un cədvəldə tutduğu həssas yeri nəzərə alaraq, bu müsabiqədə Tehran və Kərəcdə yaşayan soydaşlarımızın aktiv olması gözlənilir. Bu zəmində “Traxtur” tərəfdarlarından Tehran və ətraf şəhərlərdə yaşayan soydaşlarımıza müraciət də ünvanlanıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar