SON XƏBƏRLƏR

“Şəhrdari” öz rəqibi üzərində qələbə çaldı

2021.10.20, 07:36
“Şəhrdari” öz rəqibi üzərində qələbə çaldı

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda (stadyom) “Şəhrdari” ilə Abadanın “Neft” takımı (timi) arasında keçirilən müsabiqə “Şəhrdari”nin qələbəsi ilə sona çatdı.

 

İran üzrə futbol klublarının superliqa rəqabətlərinin 31-ci həftəsində keçirilən müsabiqədə “Şəhrdari” tərəfindən 2, “Neft” tərəfindən isə 1 qol vuruldu.

 

Səid Dəqiqi 32 və 93-cü dəqiqələrdə “Şəhrdari”nin, Rza Xaleqifər isə 28-ci dəqiqədə “Neftin” xeyirinə qol vurdular.

 

Bununlada “Şəhrdari-Neft” müsabiqəsi (2 – 1) hesabı ilə “Şəhrdarini”nn xeyirinə yekunlaşdı.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar