SON XƏBƏRLƏR

Amerika Suriyaya müdaxilə edə bilər

2021.10.20, 07:36
Amerika Suriyaya müdaxilə edə bilər

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) müdafiə naziri Leon Panetta Suriyadakı böhranın aradan qaldırılması məqsədiylə bu ölkəyə yönəlik hərbi müdaxilə seçənəyinə əl atılması üçün yetərli dəlilin toplanmalı olduğunu bildirib.

 

Pentaqon rəhbəri Türkiyə üçün NATO-nun 5-ci maddəsinin işlədilməsi ehtimalıyla bağlı “Suriyada baş verənlərin Türkiyəyə birbaşa təhdid meydana gətirdiyinin dəqiq ortaya qoyulması lazımdır” deyib.

 

GünAz TV mətbuat mərkəzinin “Azadlıq qəzeti”nə istinadən yaydığı məlumata görə, Panetta Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsində keçirilən dinləmədə millət vəkillərinin suallarını cavablandırarkən ABŞ-ın (Amerika Birləşmiş Ştatları) ancaq beynəlxalq birliyin uzlaşmaya gələməsi şərtiylə Suriyaya hərbi müdaxilə edə biləcəyini vurğulayıb. Nazir millət vəkillərinə üzünü tutaraq “heç narahat olmayın. Əsəd rejimi devriləcək” söyləyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar