SON XƏBƏRLƏR

Barzani Türkiyədə

2021.10.20, 07:36
Barzani Türkiyədə

Gunaz.tv

GünAz TV: İraqın quzeyindəki bölgəsəl hökumətin lideri İstanbulda baş nazir Ərdoğanla və ölkəsinin prezident müavini ilə görüşüb.

Baş nazir Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı bölgəsəl hökumətin lideri Məsud Barzanini İstanbulda qəbul edib. Görüşdə İraqdakı iqtidar böhranı və terrorla mübarizədə əməkdaşlıq məsələləri müzakirə edilib. Görüşdə baş nazirin müavini Bəşir Atalay, Xarici İşlər Nazirliyi Aparatının rəhbəri Firidun Sinirlioğlu və MİT rəhbəri Hakan Fidan da iştirak edib.

 Barzani daha sonra bir müddətdir İstanbulda olan prezident müavini  Tarıq Əl Haşimiylə görüşüb.

 Yarım saat davam edən görüşdən sonra açıqlama verən Haşimi "Doğru yolda irəliləyirik" deyib.

 Tarıq Əl Haşimi Barzaninin ona baş nazir Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş haqda da məlumat verdiyini söyləyib. Məsud Barzani İstanbuldakı görüşlərini tamamlayaraq Ankaraya gəlib. Barzaninin prezident Abdulla Gül və xarici işlər naziri Əhməd Davudoğlu tərəfindən də qəbul edilməsi gözlənilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar