SON XƏBƏRLƏR

Ermənistandakı "Metsamor" AES-in ömrü daha da uzadıldı

2021.10.20, 07:36
Ermənistandakı "Metsamor" AES-in ömrü daha da uzadıldı

Gunaz.tv

GünAz TV: Ermənistandakı “Metsamor” AES-in (atom elektrik stansiyası) 2-ci blokunun istismar müddəti daha 4 il artırılıb.

Bu qərar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş katibi Yukio Amanonun Ermənistana səfəri ərəfəsində verilib. Ermənistanın Enerji və Təbii ehtiyatlar naziri Armen Movsisyan bildirib ki, “Metsamor” AES-nın lisenziyası 2016-cı ilin sentyabrında (September) bitir.

Ekspertlərin (karşünasların) fikirincə isə rəsmi İrəvan stansiyanın bağlanmamasının səbəbini alternativ enerji mənbəyinin olmamasında göstərməklə, siyasi spekulyasiya (ehtikar) edir.

AMEA-nın radiasiya problemləri institunun direktoru Adil Qəribov bu stansiyanın fəliyyətinin bölgə üçün çox təhlükəli olduğunu bildirib və belə bir vəziyyətdə fəaliyyət göstərən stansiyanın AEBA tərəfindən vaxtının 4 il uzadılmasını ikili standartların göstəricisi kimi qiymətləndirib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar