SON XƏBƏRLƏR

Sulduz şəhidləri anılıb

2021.10.20, 07:36
Sulduz şəhidləri anılıb

Gunaz.tv

GünAz TV: 2012-ci il aprelin 19-da (1391-ci il fərvərdinin 31-də) Sulduz şəhidləri  yerli soydaşlarımız tərəfindən yad ediliblər.

 

Mərasim dünən, 1979-cu il aprelin 20-i (1358-ci il fərvərdinin 31-i) kürd terrorçuları tərəfindən öldürülmüş azərbaycanlı şəhidlərin məzarı üstündə keçirilib. Yerli vaxtla saat 16 radələrində başlayan mərasimdə çıxışlar olub və şəhidlərin ruhuna dualar oxunub. Savaş zamanı xüsusi qəhrəmanlıq göstərən mərhum Əzim Məbudi və Molud Kiyanin əziz xatirəsi də xüsusi anılıb.

 

Mərasim iştirakçısı Süleyman Sulduzlu şəhidlərlə bağlı şeir deyib. Sonra 2006-ci il may hadisələri (1385-ci il xordad hadisələri) zamanı şəhid olmuş soydaşlarımızın qəbirləri ziyarət edilib və ruhlarına dualar oxunub.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar