SON XƏBƏRLƏR

TƏBRİZ İNQİLAB MƏHKƏMƏSİNDƏ MİLLİ FƏALLARIN SON DİFAİYYƏ İCLASI KEÇİRİLMİŞDİR

2021.10.20, 07:36
TƏBRİZ İNQİLAB MƏHKƏMƏSİNDƏ MİLLİ FƏALLARIN SON DİFAİYYƏ İCLASI KEÇİRİLMİŞDİR

Gunaz.tv

TƏBRİZ İNQİLAB MƏHKƏMƏSİNDƏ MİLLİ FƏALLARIN  SON DİFAİYYƏ İCLASI KEÇİRİLMİŞDİR

GünazTV: Milli fəalların hələ də təbriz zindanında saxlanılmalarına baxmayaraq, məhkəmə işləri davam etdirilir.

 Aprel ayının 19-u Tanınmış jurnalist, insan haqları fəalı, Türk dili və sosyoloji öyrətməni İbrahım Savalan, Azərbaycan Tanıtım Ocağının fəalı və Türk dili öyrətməni Ruzbeh Səadəti, Azərbaycan Tanıtım Ocağının fəalı və Türk dili öyrətməni Əfşin Şahbazi, Azərbaycan Tanıtım Ocağının keçmiş fəal üzvü və Türk dili öyrətməni Məhəmməd Əhədi, Azərbaycan Tanıtım Ocağının keçmiş katibi və Türk dili öyrətməni Mehrdad Kərəminin Təbriz inqilab məhkəməsində son istintaq iclasları keçirildi. 

Bu İclas, Haşimzadə adlı müstəntiqin başçılığı ilə keçirilmişdir. Haşimzadə, iclasın sonunda bildirmişdir ki, bu məhkəmə işinin ardı olaraq gələn həftə şöbələrin birinə pərvəndə veriləcəkdir. Bəlkə gələn həftə müttəhimlərin mülkü girov qarşılığında azadlığa buraxılmaları haqqında hansısa bir qərara gəlindi.

Milli fəallarımızı məhkəmədə müdafiə edən vəkil, Cəfər Əfşarniya olmuşdur.

M.R

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar