SON XƏBƏRLƏR

İran “ Shell” şirkətinə neft satışını dayandırıb

2021.10.20, 07:36
İran “ Shell” şirkətinə neft satışını dayandırıb

Gunaz.tv

İran “ Shell” şirkətinə neft satışını dayandırıbGünazTV: İran Böyük Britaniya və Hollandiyanın müştərək neft şirkəti olan “Royal Dutch Shell”ə neft satışını dayandırıb. “Mehr” xəbər agentliyinə istinadən məlumatlara görə, bu barədə İranın neft naziri Rüstəm Qasımi açıqlama verib.

O bildirib ki, şirkət İrana olan 1 milyard dollar borcunu ödəyə bilmədiyi üçün belə bir qərar qəbul edilib: “İran Milli Neft Şirkəti “Royal Dutch Shell”ə neft satışını dayandırıb.

Şirkət İrana olan borcunu ən qısa müddətdə ödəməyə çalışacaq”.Qeyd edək ki, “Shell” İrandan ən çox xam neft alan müştərilərindən biridir. Avropa Birliyinin İrana qarşı neft sanksiyasına qədər bu şirkət İrandan hər gün orta hesabla 150-200 min barel neft alıb.  

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar