SON XƏBƏRLƏR

Suriya hakimiyyəti sülh planına əməl etmir

2021.10.20, 07:36
Suriya hakimiyyəti sülh planına əməl etmir

Gunaz.tv

GünAz TV: Rəsmi Dəməşq qoşunların və ağır döyüş texnikalarının şəhərlərdən çıxarılması üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədi.

Gün.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə BMT (Birləşmiş Millətlər Təşkilatı) Baş katibi Pan Gi Munun Təhlükəsizlik Şurasına məktubunda deyilir.

Pan Gi Mun həmçinin bildirib ki, Suriyaya əvvəl planlaşdırıldığı kimi 250 deyil, 300 müşahidəçi göndərmək lazımdır. Baş katib əlavə edib ki, beynəlxalq müşahidəçilər üç ay Suriyada olmalıdırlar.

 Bundan əlavə, Pan Gi Mun hesab edir ki, Suriya hakimiyyəti nümayişçilərə atəş açılmamasına dair vədinə tam olaraq əməl etmədi. BMT və Ərəb Dövlətləri Liqasının (Birliyinin) Suriya üzrə xüsusi elçisi Kofi Annan tərəfindən təklif olunan ölkədə vəziyyətin sülh yolu ilə nizamlanması planı Bəşşar əl-Əsəd rejimi tərəfindən pozulub.

 Ötən gün Suriya hökuməti bəyan edib ki, bəzi beynəlxalq müşahidəçilər ölkəyə buraxılmaya bilər. Hakimiyyət müşahidəçilərin öz təhlükəsizlik tədbirlərini onlarla əlaqələndirmələrinə təkid edir.

 “Müşahidəçilərin işinin davam etdirilməsi və onların ölkə üzrə hərəkətləri hökumət ilə razılaşdırılmalıdır. Çünki əgər müşahidəçilər müstəqil fəaliyyət göstərərlərsə, dövlət onların təhlükəsizliyinə zamin dura bilməz”, - deyə Dəməşqin rəsmi nümayəndəsi bildirib. N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar