SON XƏBƏRLƏR

Suriyada müşahidəçilərin gözü qabağında xalqa atəş açılıb

2021.10.20, 07:36
Suriyada müşahidəçilərin gözü qabağında xalqa atəş açılıb

Gunaz.tv

GünAz TV: Suriyada BMT (Birləşmiş Millətlər Təşkilatı) müşahidəçilərinin avtomobilini əhatəyə alan insanlara atəş açılıb. Nəticədə ən azı 8 nəfər yaralanıb.

 

Yerli əhali BMT müşahidəçilərinin tanklar çəkildikdən sonra bölgələri ziyarət etdiklərini bildirib və BMT müşahidəçiləri ayrılar-ayrılmaz ordunun atəş açmağa başladığını vurğulayıb.

 

Həvəskar kameralar (durbin) tərəfindən qeyd edilən görüntülərdə BMT avtomobillərini əhatəyə alan yüzlərlə nümayişçinin Suriya bayraqlarını yelləyərək rejim əleyhinə şüarlar səsləndirdiyi görünür. Bəzi nümayişçilərin "Bəşar, diz çökməyəcəyik" dediyi də eşidilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar