SON XƏBƏRLƏR

Ermənilər qondarma soyqırıma görə 15 milyard dollar tələb edirlər

2021.10.20, 07:36
Ermənilər qondarma soyqırıma görə 15 milyard dollar tələb edirlər

Gunaz.tv

GünAz TV: Erməni diasporu qondarma “erməni soyqırımı” ilə bağlı təzminat tələbini dilə gətirməyə başlayıb.

aprelin 12-də BMT-də (Birləşmiş Millətlər Təşkilatı) qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən simpoziumda çıxış edən erməni rejissor Karla Karapedyan 1915-ci il hadisələri ilə bağlı Türkiyənin 15 milyard dollar təzminat ödəməsi gərəkdiyini söyləyib. O iddia edib ki, bu, təkcə 1915-ci ildə həyatlarını itirmiş ermənilərlə bağlı təzminatın həcmidir, bura ermənilərin Türkiyədə qalan mal və mülkləri daxil deyil. Karla Karapedyan 1915-ci ildə Türkiyədə 1,5 milyon erməninin öldürüldüyünü iddia edib. Erməni rejissor bu rəqəmi Almaniyanın 1950-ci ildən bəri 6 milyon yəhudinin soyqırımına məruz qalması ilə bağlı 60 milyard dollar təzminat ödəməsinə əsaslanaraq söylədiyini bildirib. Bu barədə Lent.az “haberturk.com” saytına istinadən məlumat yayıb.

Erməni əsilli yazar Harut Sassouniyan isə BMT-də tədbir keçirdikləri zaman iki türk diplomat tərəfindən tədbirin keçirilməsinə maneçilik törədilməsinə cəhd göstərildiyini və bununla bağlı BMT baş katibi Pan Gi Muna şikayət məktubu göndərdiklərini söyləyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar