SON XƏBƏRLƏR

Urmu Gölünün ancaq 30 faizi qalıb

2021.10.20, 07:36
Urmu Gölünün ancaq 30 faizi qalıb

Gunaz.tv

GünAz TV: Urmunun millət vəkili Nadir Qazipur İran parlamentində Urmu Gölü ilə bağlı xəbərdarlıq edib.

 

Millət vəkili bildirib ki, “birinci gün (doşənbə), Xəzər suyunun Simnan Əyaləti (ostan) və prezidentin şəhəri Gərmsara intiqal etmək üçün işlər başladı və prezident Mahmud Əhmədinejad tərəfindən təməli qoyuldu. Ancaq Urmu Gölü quruyur və səhraya çevirilir.

 

O, məsulların Urmu Gölü ilə bağlı ancaq boş vədlər verdiklərini bəyan edərək bildirib ki, energetika naziri (vezaret-i niru) araşdırdıqdan sonra tək bir çıxış yolu elan edib, oda Arazdan Urmu Gölümə su çatdırmaqdır.

 

Millət vəkili əlavə edib ki, Urmu Gölünün ancaq 30 faizi qalıb. Əgər oraya su intiqal edilməsə milyonlarla azərbaycanlı Göl ətrafından köçməlidirlər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar