SON XƏBƏRLƏR

Əhmədinejadın Əbu Musa adasına səfəri pislənildi

2021.10.20, 07:36
Əhmədinejadın Əbu Musa adasına səfəri pislənildi

Gunaz.tv

GünAz TV: Qətərin paytaxtı Dohada bir araya gələn Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin (Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt və Oman) xarici işlər nazirləri birgə bəyanat yayaraq İran prezidenti Mahmud Əhmədinejadın Əbu Musa adasına səfərini pisləyib.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, şuranın aprelin 17-də yaydığı bəyanatda deyilir ki, Əhmədinejadın Əbu Musa adasına səfəri təhrikçi xarakter (mahiyyət) daşıyır: “Biz İran prezidentinin mübahisəli Əbu Musa adasına səfərini kəskin pisləyirik. Onun bu adaya gəlişi qonşu ölkələrlə sülhməramlı əlaqələrə ziddir. İranın bu adanın işğalına son qoymasını tələb edirik. Biz həmçinin Birləşmiş Ərəb Əmirliklərindən mövcud problemin dinc danışıqlar yolu ilə həllinə çalışmasını, ya da adalarla bağlı iddia qaldırmaq üçün beynəlxalq məhkəməyə müraciət etməsini tələb edirik. Mübahisəli üç ada ilə bağlı problemin həlli istiqamətində Birləşmiş Ərəb Əmirliklərinin hər bir təşəbbüs və addımına dəstək verəcəyimizi, bu ölkəyə arxa duracağımızı bildiririk”.

 Aprelin 11-də İranın Hormozqan əyalətinə səfər edən Əhmədinejad həmin gün Əbu Musa adasına da gedərək yerli əhali ilə görüşüb.

 İran körfəzindəki Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları Birləşmiş Ərəb Əmirlikləri Böyük Britaniya əsarətindən ayrılıb müstəqillik qazananda, 1971-ci ildə Londonda imzalanan bir müqaviləyə görə İran hökumətinin nəzarətinə verilib.

Son illər Birləşmiş Ərəb Əmirlikləri bu üç adanın qaytarılmasını tələb edir və məsələni Beynəlxalq Haaqa (Lahə) Məhkəməsində qaldıracağını bildirir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar