SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının əhalisinin sayı 9 milyon 264,2 min nəfər təşkil edir

2021.10.20, 07:36
Azərbaycan Respublikasının əhalisinin sayı 9 milyon 264,2 min nəfər təşkil edir

Gunaz.tv

GünAz TV: İlkin məlumatlara əsasən, 2012-ci il aprel ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı ilin əvvəlindən 29,1 min nəfər və ya 0,3 faiz artaraq 9 mln. 264,2 min nəfərə çatıb.

Əhalinin sıxlığı bir kvadrat kilometrə (kilometr-i murəbbə) 107 nəfər olub. Bu barədə Gün.Az Dövlət Statistika (mar) Komitəsinə istinadən məlumat yayıb.

 Əhalinin 49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və yuxarı yaşda olanlardır.

 Hazırda hər 1000 nəfər kişiyə 1015 nəfər qadın düşür.

 2012-ci ilin 3 ayı ərzində 43,1 min körpə doğulub və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 18,9-dan 19-dək artıb. Doğulanların 53,8 faizi oğlanlar, 46,2 faizi qızlardır.

 Cari ilin birinci rübü ərzində ölkədə 14,4 min ölüm halı qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölüm eyni səviyyədə (6,3) qalaraq dəyişməyib.

 İlin əvvəlindən rəsmi orqanlar tərəfindən 17,2 min nikah və 2,6 min boşanma qeydə alınıb və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların və boşanmaların sayı eyni səviyyədə (7,6 və 1,1) qalıb.

 Cari ilin yanvar-mart (January- March) ayları ərzində Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 517 nəfər gələn və 85 nəfər ölkədən gedən qeydə alınıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar